...

Azərbaycanın Quba rayonunda torpaq sürüşməsi baş verib

Hadisə Materials 3 May 2010 12:10 (UTC +04:00)
Azərbaycanın Quba rayonu Küsnət kəndində dağlıq ərazidə torpaq sürüşməsi baş verib.
Azərbaycanın Quba rayonunda torpaq sürüşməsi baş verib

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Quba rayonu Küsnət kəndində dağlıq ərazidə torpaq sürüşməsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının bazar ertəsi yaydığı məlumata görə, torpaq sürüşməsi, təxminən, 6 ha ərazini əhatə edib.

Sürüşmə zonasında yerləşən tikililərdə zədələnmə qeydə alınmayıb. Sürüşmə prosesinin aktiv olduğu bildirilir.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti