...

Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd dağılıb - Azərbaycan FHN

Hadisə Materials 24 May 2010 15:48 (UTC +04:00)
Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd dağılıb. Hazırda su açıq sahələrə axır. Bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd dağılıb - Azərbaycan FHN

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd dağılıb. Hazırda su açıq sahələrə axır. Bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.

Sarısu gölü Sabirabad, Saatlı, İmişli rayonlarının ərazisində yerləşir.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti