...

Azərbaycan vətəndaşı Türkiyədə batıb

Hadisə Materials 9 Avqust 2010 10:13 (UTC +04:00)
Azərbaycan vətəndaşı - 20 yaşlı Sadıq Əliyev bazar günü yerli vaxtla saat 19:00 radələrində İstanbul şəhərinin Bəyoğlu rayonunun sahillərində batıb.
Azərbaycan vətəndaşı Türkiyədə batıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan vətəndaşı - 20 yaşlı Sadıq Əliyev bazar günü yerli vaxtla saat 19:00 radələrində İstanbul şəhərinin Bəyoğlu rayonunun sahillərində batıb. Bu barədə Cihan agentliyi məlumat verir.

Şahidlərin sözlərinə görə, Əliyev üzmək üçün təhlükəli olan yerdə suya girib və tezliklə batmağa başlayıb. Dostlarının ona kömək etmək cəhdləri uğursuz olub.

Hadisə yerinə gələn sahi- mühafizə xidməti və dəniz polisi bir saatlıq axtarışlardan sonra Əliyevin meyitini tapıblar. Şahidlərin sözlərinə görə, sahil-mühafizə xidməti və dəniz polisinin nümayəndələri hadisə yerinə onları çağırdıqdan 45 dəqiqə sonra gəliblər.

Həlak olanın qohumları da hadisə yerinə gəliblər.

Xəbər lenti

Xəbər lenti