...

Ptayiqorskdakı partlayışdan zərərçəkənlərdən biri Azərbaycan vətəndaşıdır

Hadisə Materials 18 Avqust 2010 12:25 (UTC +04:00)
Pyatiqorsk şəhərində, İnşaatçılar Xiyabanı küçəsi, ev 84-də yaşayan 16 yaşlı Həsənov Qərib Mustafa oğlu Kirov prosrektində baş vermiş partlayış nəticəsində gözlərindən ağır xəsarət alıb. Yaralı müalicənin davam etdirilməsi üçün Moskvadakı klinikalardan birində yerləşdirilib. Bu barədə çərşənbə günü Trendə Pyatiqors Mərkəzi Xəstəxanasının Neyrocərrahiyyə şöbəsindən məlumat veriblər.
Ptayiqorskdakı partlayışdan zərərçəkənlərdən biri Azərbaycan vətəndaşıdır

Azərbaycan, Bakı, 18 avqust / Trend, müxbir S.Ağayeva /

Ptayiqorskdakı partlayışdan zərərçəkənlərdən biri Azərbaycan vətəndaşıdır.

Pyatiqorsk şəhərində, İnşaatçılar Xiyabanı küçəsi, ev 84-də yaşayan 16 yaşlı Həsənov Qərib Mustafa oğlu Kirov prosrektində baş vermiş partlayış nəticəsində gözlərindən ağır xəsarət alıb. Yaralı müalicənin davam etdirilməsi üçün Moskvadakı klinikalardan birində yerləşdirilib. Bu barədə çərşənbə günü Trendə Pyatiqorsk Mərkəzi Xəstəxanasının Neyrocərrahiyyə şöbəsindən məlumat veriblər.

Partlayış çərşənbə axşamı şəhərin mərkəzindəki Kirov küçəsində yerli vaxtla saat 16.30 radələrində baş verib. Belə ki, kafenin yanında dayanmış maşın partlayıb. Üç maddə, eləcə də "terror aktı" maddəsi üzrə cinayət işi qaldırılıb. RİA Novosti yazır.

Dəqiqləşdirilmiş məlumatlara görə, Kirov prosrektində avtomobilin partlaması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb. Hazırda Mərkəzi Şəhər Xəstəxanasında 22 nəfər yaralı var, onlardan dördü reanimasiya şöbəsindədir.

Pyatiqorsk şəhəri üzrə Rusiya FHN Federal Yanğın xidmətinin son məlumatına görə, partlayışda 26 nəfər yaralanıb, onlardan üçünüm vəziyyəti ağırdır.

Hazırda Azərbaycanın Rusiyadakı səfirliyi yaralanmış azərbaycanlının səhhətilə bağlı məsələni aydınlaşdırır.

Xəbər lenti

Xəbər lenti