...

8-ci kilometrdə yarmarkadakı yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 26 Oktyabr 2010 00:16 (UTC +04:00)
Bazar ertəsi saat 22:30 radələrində "8-ci kilometr bazarı" adlanan ərazidə yanğın baş verib.
8-ci kilometrdə yarmarkadakı yanğın söndürülüb (YENİLƏNİB)

RED. əlavəsi: yanğının söndürülməsi barədə məlumat əlavə olunub (üçüncü abzas)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir R.Daraxşan/

Bazar ertəsi saat 22:30 radələrində "8-ci kilometr bazarı"na bitişik yarmarkada yanğın baş verib.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, hazırda hadisə yerinə səkkizdən artıq FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin maşını və beşdən artıq təcili tibbi yardım maşını gəlib.

Yanğın söndürənlər yanğını tamamilə söndürməyə nail olublar.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan və ölənlər yoxdur.

Yanğın nəticəsində yarmarkada olan mallara ciddi ziyan dəyib.

Hadisə yerində olan FHN-nin əməkdaşlarının verdiyi məlumata görə, yanğın iki min kvadrat metrə yaxın ərazini əhatə edib.

Xəbər lenti

Xəbər lenti