...

Azərbaycanın Şahdağ Milli Parkında yanğın baş verib

Hadisə Materials 3 Dekabr 2010 15:59 (UTC +04:00)
Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayının bələdiyyə ilə sərhəd ərazisində dekabrın 2-də yanğın hadisəsi baş verib.
Azərbaycanın Şahdağ Milli Parkında yanğın baş verib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/

Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayının bələdiyyə ilə sərhəd ərazisində dekabrın 2-də yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kosun yanması müəyyən edilib, köküstə ağaclara ziyan dəyməyib. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində yanğın bu gün səhər saatlarında söndürülüb.

Nazirlik bildirir ki, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş verib. Onların da səbəbinin təxribat olması güman edilir.

Sözügedən yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti