...

Xaçmaz şəhərində mənzildə yanğın olub, bir nəfər ölüb

Hadisə Materials 18 Yanvar 2011 12:25 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının çərşənbə axşamı yaydığı məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı fərdi evdə yataq dəsti və 0,5 kvadratmetr sahədə döşəmənin yanar konstruksiyaları yanıb.
Xaçmaz şəhərində mənzildə yanğın olub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Xaçmaz şəhərində mənzildə yanğın olub, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının çərşənbə axşamı yaydığı məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı fərdi evdə yataq dəsti və 0,5 kvadratmetr sahədə döşəmənin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1965-ci il təvəllüdlü Mənsimov Ramiz Teyyub oğlunun cəsədi aşkarlanıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti