...

Masallı Telekommunikasiya Qovşağının dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb (ƏLAVƏ OLUNUB-5)

Hadisə Materials 7 Fevral 2011 22:09 (UTC +04:00)
Masallı rayon Telekommunikasiya Qovşağı binasının Qovşağının dağıntılarının altından daha bir nəfərin cəsədi çıxarılıb. Bu barədə bazar ertəsi Trend-ə Masallı rayon prokurorunun müavini Vaqif Bayramov bildirib.
Masallı Telekommunikasiya Qovşağının dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb (ƏLAVƏ OLUNUB-5)

Həlak olanların sayı barədə məlumat yenilənib (ilk xəbər 15:28-də yayılıb)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Masallı rayon Telekommunikasiya Qovşağı binasının Qovşağının dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb. Bu barədə bazar ertəsi Trend-ə Masallı rayon prokurorunun müavini Vaqif Bayramov bildirib.

Ümumillikdə xilasetmə işləri zamanı dağıntılar altından iki nəfərin meyiti, iki nəfər isə ağır vəziyyətdə çıxarılıb.

Prokuror müavini daha əvvəl deyib ki, dağıntılar altından Telekommunikasiya Qovşağının əməkdaşı Kişvər Şahverdiyevanın meyiti çıxarılıb.

Bayramov qeyd edib ki, hadisə zamanı İbadət Quliyev, Ziyafət Məmmədov, İlkin İbişov, Natiq Məmmədov müxtəlif dərəcəli xəsarət alıblar. 

Daha əvvəl Bayramov bildirib ki, Masallı rayon Telekommunikasiya Qovşağının binasında bazar ertəsi günorta saatlarında baş verən güclü partlayış nəticəsində üç nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hazırda hadisə yerində texnika işləyir, dağıntılar altında kimlərinsə qalması istisna edilmir.

Bayramov bildirib ki, partlayış nəticəsində binanın bir hissəsi uçub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri hadisə yerində xilasetmə işlərinə cəlb olunublar.

Trend-in bölgə müxbirinin məlumatına görə, şahidlər hadisə zamanı iki nəfərin öldüyünü bildirirlər.

"Aztelekom" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, ilkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Prokuror müavini deyib ki, binanın bir divarı çöküb. Hadisənin çökmə nəticəsində baş verdiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti