...

Suraxanıda baş verən yanğında 51 yaşlı kişi ölüb

Hadisə Materials 14 Fevral 2011 16:17 (UTC +04:00)
Bakı şəhəri, Suraxanı rayonunda 1960-cı il təvəllüdlü Fərhad Ayaz oğlu Bəkirova məxsus ümumi sahəsi 52 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Suraxanıda baş verən yanğında 51 yaşlı kişi ölüb

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bakı şəhəri, Suraxanı rayonunda 1960-cı il təvəllüdlü Fərhad Ayaz oğlu Bəkirova məxsus ümumi sahəsi 52 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytı məlumat yayıb. Məlumatda qeyd olunub ki, yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı Bəkirovun cəsədi aşkarlanıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti