...

İlkin məlumatlara görə, Türkiyədə baş vermiş qəzada zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur - baş konsul

Hadisə Materials 18 Mart 2011 13:35 (UTC +04:00)
İlkin məlumatlara görə, Türkiyədə baş vermiş avtobus qəzasında zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.
İlkin məlumatlara görə, Türkiyədə baş vermiş qəzada zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur - baş konsul

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/

İlkin məlumatlara görə, Türkiyədə baş vermiş avtobus qəzasında zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

"Hüquq-mühafizə və yerli strukturlardan alınan ilkin məlumatlara görə, cümə günü baş vermiş avtobus qəzasında zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur", - cümə günü Trend-ə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib.

İstanbuldan Antalyaya gedən "Pamukkala" firmasına məxsus sərnişin avtobusu cümə günü İsparta şəhərində qəzaya uğrayıb. Nəticədə avtobusda olan 37 sərnişindən beş nəfəri ölüb, qalanları isə yaralanıb.

İstanbuldakı Baş konsulluq hadisədən dərhal sonra xəsarət alanlar və həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını öyrənmək üçün müvafiq strukturlarla əlaqə saxlayıb. Zeynalov bildirib ki, ilkin məlumatlara görə, Türkiyədə baş vermiş avtobus qəzasında yaralananlar və həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Yaralılar regionun müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti