...

Bakıda avtomobil oğrusu tutulub

Hadisə Materials 19 Aprel 2011 10:36 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin və 29-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini Murad Cavadov tutulub.
Bakıda avtomobil oğrusu tutulub

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil oğrusu tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin və 29-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini Murad Cavadov tutulub.

O, aprelin 12-nə keçən gecə M.Cəlal küçəsindən Valeh Səmədova, aprelin 13-nə keçən gecə isə A.Heydərov küçəsindən Fərxan Şirinova məxsus "VAZ-2107" markalı avtomobilləri qaçırmaqda günahlandırılır.

Cavadovdan 0,422 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti