...

Anar Məmmədxanov vəfat edib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Aprel 2011 20:55 (UTC +04:00)
Bu gün "Bakılı Oğlanlar" Şən və Hazırcavablar komandasının keçmiş kapitanı, sabiq millət vəkili Anar Məmmədxanov vəfat edib .
Anar Məmmədxanov vəfat edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 17:27-də yayılıb)

Azərbaycan, Bakı, 23 aprel /Trend

Bu gün "Bakılı Oğlanlar" Şən və Hazırcavablar komandasının keçmiş kapitanı, sabiq millət vəkili Anar Məmmədxanov vəfat edib .

Trend-in məlumatına görə, Anar Məmmədxanovun halı qəflətən pisləşib və o, bir saat içində keçinib. Mərhumun cənazəsi müsəlman adətinə uyğun olaraq yuyulmaq üçün məscidə aparılıb.

Məmmədxanovun dəfn mərasimi sabah baş tutacaq.

Məmmədxanov Anar Camal oğlu 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakının 160 nömrəli məktəbini, daha sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdu. Evli idi, bir oğlu və iki qızı qalıb.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu.

2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdu.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti