...

Bakı polisi 2 kiloqramdan artıq heroin satan şəxsi saxlayıb

Hadisə Materials 4 May 2011 14:10 (UTC +04:00)
Bakı polisi 2 kiloqramdan artıq heroin satan şəxsi saxlayıb.
Bakı polisi 2 kiloqramdan artıq heroin satan şəxsi saxlayıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi 2 kiloqramdan artıq heroin satan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Anar Əliyev 2 kiloqram 105 qram narkotik vasitə olan heroini satarkən tutulub.

Onun evinə baxış keçirən əməliyyat qrupunun üzvləri oradan əlavə olaraq 1 kiloqram 280 qram heroin aşkar edərək götürüblər.

Faktla əlaqədar əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti