Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evində qaz sızmasından partlayış olub.
Nizami rayon Polis İdarəsindən cümə axşamı Trend-ə bildiriblər ki, hadisə bu gün saat 12.00 radələrində rayonun Tofiq Abbasov küçəsi 6, mənzil 30 ünvanında qeydə alınıb.
Partlayış nəticəsində xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Baş vermiş hadisə ilə bağlı hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
Bakıda yaşayış evində qaz sızmasından partlayış olub
Bakıda yaşayış evində qaz sızmasında partlayış olub
