...

Bakı-Tümen sərnişin qatarı avtomobillə toqquşub, 2 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 May 2011 10:47 (UTC +04:00)
Bu gün səhər saat 08:15 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisindəki dəmiryol keçidində Bakı-Tümen sərnişin qatarı "Mersedes" markalı avtomobili vurub.
Bakı-Tümen sərnişin qatarı avtomobillə toqquşub, 2 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra əlavə olunub (ilk xəbər 10:22-də yayılıb)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbirlər K.Zərbalıyeva, E.İsmayılov/

Bu gün səhər saat 08:15 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisindəki dəmiryol keçidində Bakı-Tümen sərnişin qatarı "Mersedes" markalı avtomobili vurub.

Xızı rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Sitalçay stansiyasında baş verən hadisə zamanı 10 ZT 218 dövlət nömrə nişanlı avtomobilin sürürcüsü - Bakı şəhər Yasamal rayonu Şərifzadə küçəsində yaşayan 54 yaşlı Hüseynov Fərhad Hüseynalı oğlu və sərnişini, Bakı şəhər Yasamal rayonu Şərifzadə küçəsində yaşan 52 yaşlı Hüseynov İlfan Cümşüd oğlu həlak olub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qəzanın səbəbləri araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, saat 08:10-da Sitalçay stansiyası yaxınlığındakı nəzarət olunmayan keçiddə "Mersedes" markalı avtomobillə toqquşan Bakı-Tümen qatarı hərəkətini bərpa edib.

Toqquşma "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsini pozan avtomobil sürücüsünün günahı üzündən baş verib. Sürücü qatarı gözləmədən keçidi keçməyə cəhd edib.

"Qatar zədələnməyib və saat 09:30-da öz hərəkətini davam etdirib", - Əzməmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti