...

Azərbaycanda dini təriqəti qanunsuz təbliğ edən bir qrup şəxs saxlanılıb

Hadisə Materials 17 May 2011 13:02 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də saat 11:00 radələrində Sumqayıt şəhəri ərazisindəki "Göygöl" restoranında "Mədh kilsəsi" dini icmasının baş məsləhətçisi, Bakı şəhər sakini Elçin Paşayev və həyat yoldaşı Afər icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçiriblər.
Azərbaycanda dini təriqəti qanunsuz təbliğ edən bir qrup şəxs saxlanılıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda dini təriqəti qanunsuz təbliğ edən bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də saat 11:00 radələrində Sumqayıt şəhəri ərazisindəki "Göygöl" restoranında "Mədh kilsəsi" dini icmasının baş məsləhətçisi, Bakı şəhər sakini Elçin Paşayev və həyat yoldaşı Afər icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçiriblər.

Onlar dini təriqəti qanunsuz olaraq təbliğ etdiklərinə görə Sumqayıt şəhər Polis İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Paşayev, Afər və 12 nəfər icma üzvü 4-cü polis bölməsinə gətiriliblər.

Paşayev və Afər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət gəstərməsi) maddəsi ilə protokol tərtib olunub, icmanın üzvləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti