...

Bakıda ağır yol qəzalarından görüntülər (VİDEO)

Hadisə Materials 25 May 2011 11:44 (UTC +04:00)
Bakıda ağır yol qəzalarından görüntülər (VİDEO)
Bakıda ağır yol qəzalarından görüntülər (VİDEO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda yol qəzalarında 260 nəfər ölüb, 1045 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə məlumat verilib ki, bu ilin yanvar-aprel aylarında respublikada qeydə alınan 952 yol qəzasından 500-ü Bakıda baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov isə Trend-ə bildirib ki, bu il paytaxtdakı yol qəzalarında 115 nəfər həlak olub, 522 nəfər yaralanıb
.
Əsədovun sözlərinə görə, ötən il respublikada qeydə alınan 2721 yol-nəqliyyat hadisəsinin 1119-u Bakıda qeydə alınıb.

Bakıda yol qəzalarında 342 nəfər həlak olub, 1115 nəfər yaralanıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 42,3 faizi nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6 faizi ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 faizi yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti