Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən şəxs Sankt-Peterburqda tutulub.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tututlan Elçin Nağıyev Gəncə şəhər Polis İdarəsi tərəfindən axtarışda olub.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda verilib. Onun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür.