...

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb

Hadisə Materials 8 İyun 2011 18:03 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, respublikanın qərb rayonlarında hava şəraiti kəskin dəyişmiş, bəzi ərazilərə dolu düşmüşdür.
Fövqəladə Hallar Nazirliyi Tovuzda baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Tovuz rayonunda baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, respublikanın qərb rayonlarında hava şəraiti kəskin dəyişmiş, bəzi ərazilərə dolu düşmüşdür.

Nəticədə, Tovuz rayonunun Ağbaşlar, Lazılar, Almalıtala, Həsənli, Güvəndik və Papaqçılar kəndlərində bir sıra tikililərə və fərdi təsərrüfatlara ziyan dəyib. Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq işlər görülür.

Xəbər lenti

Xəbər lenti