...

Keçmiş məhkum "Kamaz" qaçırıb

Hadisə Materials 17 İyun 2011 11:04 (UTC +04:00)
Bakı şəhər Baş polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-na keçən gecə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov Ələt qəsəbəsi, K.Məmmədov küçəsindən Şamil Hüseynova məxsus "Kamaz" markalı yük maşınını qaçırıb.
Keçmiş məhkum "Kamaz" qaçırıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Keçmiş məhkum "Kamaz" qaçırıb.

Bakı şəhər Baş polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-na keçən gecə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov Ələt qəsəbəsi, K.Məmmədov küçəsindən Şamil Hüseynova məxsus "Kamaz" markalı yük maşınını qaçırıb.

İyunun 17-də Bakı - Astara yolunun 40-cı km-də Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan İsmayılovun üzərinə baxış keçirilərkən ondan 0,538 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti