Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ağır yol qəzası baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, dünən saat 02.55 radələrində Binəqədi rayonu ərazisində, şəhər sakini Vahid Hüseynov "Opel Astra" markalı avtomaşını idarə edərkən onu aşırıb.
Sərnişinləri Azər Məmmədov, Rəsul Şirinzadə, Sənan Mustafayev hadisə yerində ölüb, sürücü və digər sərnişin Ataxan Həsənov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
Qəzaya yüksək sürət səbəb olub.