...

Əfqanıstanın nəqliyyat administrasiyası Azərbaycan təyyarəsinin qəza səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb

Hadisə Materials 8 İyul 2011 15:01 (UTC +04:00)
Əfqanıstanın nəqliyyat administrasiyası ICAO-nun 13 təklifi çərçivəsində bu ölkədəki dağlarda Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.
Əfqanıstanın nəqliyyat administrasiyası Azərbaycan təyyarəsinin qəza səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Əliyev/

Əfqanıstanın nəqliyyat administrasiyası ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) 13 təklifi çərçivəsində bu ölkədəki dağlarda Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Komissiyanın tərkibinə habelə Azərbaycan Mülki Aviasiya Administrasiyasının nümayəndələri və təyyarənin məxsus olduğu "Silk Way" şirkətinin mütəxəssisləri də daxildir. Bu barədə cümə günü Trend-ə hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü, "Silk Way" aviaşirkəti direktorunun müavini Adil Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda azərbaycanlı mütəxəssislər hava gəmisinin düşdüyü ehtimal olunan yerə yola düşürlər.

O bildirib ki, artıq Dövlətlərarası Aviasiya Komitəsi də hadisənin araşdırılması üçün köməyini təklif edib.

"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub, - Şikarov bildirib. - Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar".

"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. "Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib", - o qeyd edib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti