...

Bakıda qadın maşın qaçırıb

Hadisə Materials 13 İyul 2011 12:39 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də saat 01:06-da Bakı şəhər sakini Mehdi Qəhramanov polisə ərizə ilə müraciət edərək Qara Qarayev prospektindən "Lexus" markalı avtomaşınının qaçırılmasını bildirib.
Bakıda qadın maşın qaçırıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qadın maşın qaçırıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də saat 01:06-da Bakı şəhər sakini Mehdi Qəhramanov polisə ərizə ilə müraciət edərək Qara Qarayev prospektindən "Lexus" markalı avtomaşınının qaçırılmasını bildirib.

Nizami rayon Polis İdarəsinin 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış İlahə İmanova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti