...

Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 26 İyul 2011 15:38 (UTC +04:00)
Gürcüstan gömrükçüləri Azərbaycana qeyri-qanuni yolla qızıl keçirmək istəyən Gürücstan vətəndaşını saxlayıblar. Gürcüstan Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Gürcüstan vətəndaşı Babək Nağıyev Gürcüstan-Azərbaycan sərhədində 585 əyyarlı qızıl məmulatlarının keçirilməsinə cəhd göstərərkən saxlanılıb. Qızıllar Nağıyevin avtomobilində xüsusi gizli yerdə gizlədilib. Ümumilikdə 1 kilqoramdan çox qızıl məmulatları müsadirə edilib
Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan gömrükçüləri Azərbaycana qeyri-qanuni yolla qızıl keçirmək istəyən Gürücstan vətəndaşını saxlayıblar. Gürcüstan Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Gürcüstan vətəndaşı Babək Nağıyev Gürcüstan-Azərbaycan sərhədində 585 əyyarlı qızıl məmulatlarının keçirilməsinə cəhd göstərərkən saxlanılıb. Qızıllar Nağıyevin avtomobilində xüsusi gizli yerdə gizlədilib. Ümumilikdə 1 kilqoramdan çox qızıl məmulatları müsadirə edilib.

Nağıyev Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə ittiham edilir. Məhkəmə təqsirini sübut edəcəyi halda onu 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti