...

Bakı-Quba yolunda yük avtomobilləri qəza törədib

Hadisə Materials 29 İyul 2011 13:28 (UTC +04:00)
Şahidlərin hadisə yerindən Trend-ə verdiyi məlumata görə, bu gün günorta saatlarında Bakı-Quba yolunun 53-cü kilometrliyində 01 AD 692 dövlət nömrə nişanlı Kamaz 10 ZB 206 nömrə nişanlı sement daşıyan yük maşının yoluna çıxaraq qəza törədib.
Bakı-Quba yolunda yük avtomobilləri qəza törədib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Şahidlərin hadisə yerindən Trend-ə verdiyi məlumata görə, bu gün günorta saatlarında Bakı-Quba yolunun 53-cü kilometrliyində 01 AD 692 dövlət nömrə nişanlı Kamaz 10 ZB 206 nömrə nişanlı sement daşıyan yük maşının yoluna çıxaraq qəza törədib.

Nəticədə yük maşınının sement daşıyan hissəsi qoparaq yolun kənarında dayanan digər Kamaz markalı yük maşınlarına dəyib.

Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti