...

Moskva ətrafında 7 yaşlı qızı təhqir etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Hadisə Materials 1 Avqust 2011 12:18 (UTC +04:00)
Moskva ətrafının polis əməkdaşları Lübers şəhərində 42 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
Moskva ətrafında 7 yaşlı qızı təhqir etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Moskva ətrafının polis əməkdaşları Lübers şəhərində 42 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar. O, qız uşağını döyməkdə və təhqir etməkdə şübhəli bilinir. Bu barədə bazar ertəsi regionun İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən məlumat verilib, lakin saxlanmanın tarixi dəqiqləşdirilməyib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

İstintaqın versiyasına görə, cari ilin iyun ayının 19-dan 23-dək "cinayətkar Moskva vilayətinin Lıtkarino şəhərinin evlərinin birinin yaxınlığında yerləşən uşaq meydançasına gələrək uşaq oyunları oynayıb, iki 7 yaşlı qızla etibarlı münasibətlər qurub".

"İyunun 24-də qızlardan biri tək qalanda, şübhəli bilinən şəxs ona qarşı əxlaqsız hərəkətlər edib. Bundan sonra onu bir neçə dəfə vurub. Qız müqavimət göstərib və onun əlindən çıxaraq qaça bilib", - İstintaq Komitəsi qeyd edir.

Saxlanılan şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 135 maddəsinin 2-ci bəndi üzrə (həddi-buluğa çatmamışa qarşı əxlaqsız hərəkətlər) və Rusiya Cinayət Məcəlləsinin 116-cı maddəsinin 1-ci bəndi (döymə) üzrə cinayət işi qaldırılıb. Saxlanılan şəxsi 6 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti