Azərbaycan, Bakı, 9 avqust /Trend/
Azərbaycanda bir gündə üç suda boğulma faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, avqustun 7-də Gəncənin Nizami rayonunda yaşayan 4 yaşlı Ramal Ağamirov həyətdəki hovuza düşərək suda boğulub.
Həmin gün Ağdaş rayonunda yaşayan 1 yaşlı Amin Yusifzadə həyətdən keçən su arxına düşərək boğulub.
Həmçinin Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində, kənd sakini Natiq Allahverdiyev Kür çayında çimərkən boğulub.