...

Azərbaycan gömrükçülərini aldadaraq sərhəddən heroin keçirmək istəyən şəxs yaxalanıb

Hadisə Materials 13 Avqust 2011 10:57 (UTC +04:00)
Azərbaycan gömrükçülərini aldadaraq sərhəddən heroin keçirmək istəyən şəxs yaxalanıb
Azərbaycan gömrükçülərini aldadaraq sərhəddən heroin keçirmək istəyən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Azərbaycan gömrükçülərini aldadaraq sərhəddən heroin keçirmək istəyən şəxs yaxalanıb.

Azərbaycan vətəndaşı, Lənkəran şəhər sakini Həqiqət Tağıyevanın Astara Gömrük İdarəsinin əməkdaşlarını aldadaraq heroin keçirmək cəhdinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Tağıyeva piyada yolla Azərbaycandan İrana gedərkən, gömrük nəzarətini keçdikdən sonra pasport-qeydiyyat otağının qarşısında özünü pis hiss etdiyi üçün İrana getməkdən imtina edərək geri qayıtmaq istəyib və pasport nəzarətini həyata keçirən sərhəd xidməti əməkdaşlarının göstərdiyi istiqamətdə İrandan Azərbaycana gəliş xəttinə daxil olub.

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsinin gəliş xəttində Tağıyeva gömrük əməkdaşları tərəfindən saxlanılaraq sorğu-sual edilən zaman, o, halı pis olduğu üçün İrana gedə bilmədiyini və geri qayıtmaq istədiyini bildirib. Gömrük əməkdaşlarının təkidi ilə Tağıyeva sərnişin-gömrük bəyannaməsini doldurub və əl çantasını gəliş xəttindəki "smiths detection" markalı rentgen aparatına qoyub.

Həmin çantaya baxış zamanı orada paltarların arasında olan sellofan paketin içərisində 2 ədəd şəffaf polietilen bağlamada olmaqla, ümumi xalis çəkisi 90,141 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti