Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda İstintaq Təcridxanasında saxlanılan şəxs intihar edib.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham olunaraq həbs edilmiş Şirvan rayon sakini İslam Fərziyev özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.