...

Paksitanın şimal-qərbində baş verən terror aktının qurbanlarının sayı 50 nəfərə çatıb

Hadisə Materials 19 Avqust 2011 16:10 (UTC +04:00)
Cümə günü Pakistanın şimal-qərbində məscidlərin birində baş verən parlayışda azı 50 nəfər ölüb. Yaralıların sayı 100 nəfəri ötüb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
Paksitanın şimal-qərbində baş verən terror aktının qurbanlarının sayı 50 nəfərə çatıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Cümə günü Pakistanın şimal-qərbində məscidlərin birində baş verən parlayışda azı 50 nəfər ölüb. Yaralıların sayı 100 nəfəri ötüb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

Partlayış Xayber vilayətinin Carmur Təhsil rayonunda yerləşən məsciddə baş verib. İlkin məlumatlara görə, məsciddə partlayıcı qurğu işə düşüb, bina tamamilə dağıdılıb. Terror aktı cümə namazından dərhal sonra baş verib. Bu zaman məsciddə, müxtəlif məlumatlara görə, 300 nəfərdən 700 nəfərdək adam olub.

Xilasedicilər partlayış yerində dağıntıları yığmağa başlayıblar. Yerli hakimiyyət güman edir ki, terror aktının qurbanlarının sayı arta bilər.

Hələ ki regionda fəaliyyət göstərən terror təşkilatlarının heç biri insidentə görə məsuliyyəti üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti