...

Azərbaycanda bir gündə iki intihar qeydə alınıb

Hadisə Materials 26 Avqust 2011 10:22 (UTC +04:00)
Dünən səhər saat 08:00 radələrində Qəbələ şəhərində yaşayan 47 yaşlı Cəlalə Həmidova yaşadığı evin həyətindəki toyuq hinində özünü asaraq intihar edib.
Azərbaycanda bir gündə iki intihar qeydə alınıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir gündə iki intihar qeydə alınıb.

Dünən səhər saat 08:00 radələrində Qəbələ şəhərində yaşayan 47 yaşlı Cəlalə Həmidova yaşadığı evin həyətindəki toyuq hinində özünü asaraq intihar edib. Bu barədə Trend-ə rayon prokurorluğundan məlumat verilib.

Dünən həmin saatlarda Salyan rayonunun Noxudlu kəndində də intihar qeydə alınıb. 48 yaşlı, əvvəllər məhkum olunmuş Azər Nəcəfov intihar məqsədilə sirkə turşusu içib. Zəhərlənmə diaqnozu ilə Salyan rayon Mərkəzi Xəstəxanasına qəbul edilən Nəcəfov orada dünyasını dəyişib.

Hər iki faktla bağlı rayon prokurorluğlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti