...

Nigeriyada BMT binasında baş verən partlayışda bir neçə nəfər həlak olub

Hadisə Materials 26 Avqust 2011 17:03 (UTC +04:00)
Nigeriyanın paytaxtı Abuca şəhərində BMT nümayəndəliyinin ərazisində cümə günü partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə nəfər həlak olub.
Nigeriyada BMT binasında baş verən partlayışda bir neçə nəfər həlak olub

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Nigeriyanın paytaxtı Abuca şəhərində BMT nümayəndəliyinin ərazisində cümə günü partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi hadisə şahidlərinə istinadən məlumat verib.

Məlumata görə, partlayış nəticəsində BMT missiyasının üçmərtəbəli binasının bir hissəsi dağılıb.

Hadisənin başvermə səbəbləri, həlak olanların və xəsarət alanların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti