...

Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub

Hadisə Materials 31 Avqust 2011 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Qarasuçu kəndində kənd sakini Bəyaz Kərimova, Şabran rayonunun Pirəmsən kəndində kənd sakini Şəmsiyyə Əkbərova elektrik cərəyanının vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti