...

Bakıda gənc oğlanı maşınında güllələyən şəxsin kimliyi və hadisənin təfərrüatları açıqlanıb

Hadisə Materials 10 Sentyabr 2011 13:21 (UTC +04:00)
Bakıda gənc oğlanı maşınında güllələyən şəxsin kimliyi müəyyənləşib.
Bakıda gənc oğlanı maşınında güllələyən şəxsin kimliyi və hadisənin təfərrüatları açıqlanıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda gənc oğlanı maşınında güllələyən şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, 1981-ci il təvəllüdlü Taleh Məmmədov İsmayıl Qutqaşınlı küçəsində naməlum şəxs tərəfindən "VAZ 2107" markalı avtomobilində odlu silahla qətlə yetirilib.

Məlumata görə, DİN-in Baş Mühafizə İdarəsi, Bakı Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində qətlin münaqişə zəminində 1984-cü il təvəllüdlü Bakı sakini Müseyib Cəfərov tərəfindən törədildiyi müəyyənləşib.

Cəfərovun qardaşı 1971-ci il təvəllüdlü Mübariz Cəfərov hadisə zamanı istifadə edilən "Makarov" tipli tapançanı və 5 ədəd gülləni könüllü oraraq polisə təhvil verib.

Hazırda hadisəni törədən Cəfərovun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti