Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qatar qadını vurub.
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən saat 21:00 radələrində dəmir yolunun Sahil qəsəbəsində yerləşən stansiyasında Qax rayon sakini, 27 yaşlı Xatirə Əhmədovanı qatar vurub.
Hadisə Əhmədova Balakənə gedən qatara minmək istəyərkən baş verib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.