...

Əfqanıstanda Azərbaycan təyyarəsini qəzaya uğramasının ilkin variantı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Sentyabr 2011 13:58 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" şirkətinə məxsus təyyarənin meyitlərinin qalıqları tapılmayan ekipaj üzvləri hələlik itkin düşmüş hesab edilirlər.
Əfqanıstanda Azərbaycan təyyarəsini qəzaya uğramasının ilkin variantı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Qəzanın ilkin səbəbləri üzrə informasiya əlavə olunub (birinci xəbər saat 13:50-də yayılıb)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/

Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" şirkətinə məxsus təyyarənin meyitlərinin qalıqları tapılmayan ekipaj üzvləri hələlik itkin düşmüş hesab edilirlər. Trend-in məlumatına görə, bu barədə "AZAL" QSC-nin vitse-prezidenti, qəzanın səbəblərinin araşdırılması üzrə komissiyanın rəhbəri İlham Əmirov cümə günü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bundan əvvəl ekipajın 4 üzvünün - ikinci pilot Oleq Marşixinin (1979-cu il təvəllüdlü), bort mühəndisi Vladimir Şatobinin (1969-cu il), bortoperator Tapdıq Qəhrəmanovun (1964-cü il), aviatexnik Mehman Hüseynovun (1962-ci il) qalıqları tanınmışdı.

Göyərtədə 9 ekipaj üzvü olub.

Əmirovun dediyinə görə, təyyarənin "qara qutu"sunun şifrəsinin açılmasından sonra əldə olunan ilk məlumata görə, hava gəmisinin yerə enmə trayektoriyası əvvəlcədən təsdiqlənmiş enmə trayektoriyasına uyğun gəlmir. Lakin səbəb hələlik məlum deyil.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına səbəb olan kənar amilin mümkünlüyü ehtimalı sıfıra bərabərdir.

"Qara qutu"nun şifrəsinin açılmasının nəticələri Əfqanıstandakı (qəzanını baş verdiyi ölkə) komissiyaya təqdim olunacaq.

AZAL-ın vitse-prezidenti həmçinin qeyd edib ki, indiyədək hava gəmisinin bort sisteminin parametrlərini qeydə alan ikinci "qara qutu" tapılmayıb. Şifrəsi oxunan "qara qutu" ekipajın danışığını qeydə alıb.

Xəbər lenti

Xəbər lenti