...

Bir gün ərzində terrorçular Türkiyədə 11 müəllimi oğurlayıblar

Hadisə Materials 29 Sentyabr 2011 11:11 (UTC +04:00)
Son bir gün ərzində Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları Türkiyədə 11 müəllimi oğurlayıblar. Beləliklə, bir ay ərzində oğurlanan dinc sakinlərin sayı 20-yə çatıb.
Bir gün ərzində terrorçular Türkiyədə 11 müəllimi oğurlayıblar

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Son bir gün ərzində Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları Türkiyədə 11 müəllimi oğurlayıblar. Beləliklə, bir ay ərzində oğurlanan dinc sakinlərin sayı 20-yə çatıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

Son vaxtlar kürd separatçılar müəssisələrə və tikintilərə hücum edərək fəhlələri oğurlayıb, texnika və avadanlıqları məhv etməklə fəallığı artırıblar.

Türkiyə son vaxtlar terrorizmlə fəal mübarizəyə başlayıb.

Türkiyə HHQ İraqın şimalında kürd separatçılarının mövqelərinə zərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti