Azərbaycan, Bakı, 12 oktyabr /Trend müxbir A.Tağıyeva/
Bu gün səhər Bağdadda İraqın Daxili İşlər Nazirliyinin binası qarşısında baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub. Bu barədə Trend çərşənbə günü "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.
Partlayış nəticəsində içərisinə partlayıcı maddə doldurulmuş dörd maşın havaya sovrulub.
Yaralıların dəqiq sayı barədə hələlik məlumat yoxdur.