...

Bakıda mənzildə yanğın olub, 7 nəfər zəhərlənib

Hadisə Materials 14 Oktyabr 2011 14:28 (UTC +04:00)
Trend-in cümə günü Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Bakıda mənzildə yanğın olub, 7 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzildə yanğın olub, 7 nəfər zəhərlənib.

Trend-in cümə günü Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.

Hadisə zamanı evdə olan 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq və 1 nəfər yaşlı qadın tüstüdən zəhərlənib.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən həmin şəxslər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti