...

Türkiyədə dağıntılar altında 91 saat qalan gənc xilas edilib

Hadisə Materials 27 Oktyabr 2011 13:11 (UTC +04:00)
Türkiyədə xilasedicilər dağıntılar altından 19 yaşlı tələbəni sağ çıxarıblar. O, beşmərtəbəli binanın dağıntıları altında 91 saat qalıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Türkiyədə dağıntılar altında 91 saat qalan gənc xilas edilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə xilasedicilər dağıntılar altından 19 yaşlı tələbəni sağ çıxarıblar. O, beşmərtəbəli binanın dağıntıları altında 91 saat qalıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Məhəmməd adlı gənc Ərzurum şəhər xəstəxanasına yerləşdirilib.

Son məlumatlara görə, Türkiyənin Van vilayətində zəlzələ qurbanlarının sayı 523 nəfər təşkil edir.

Oktyabrın 23-də Türkiyənin Van şəhərində 7,2 bal gücündə zəlzələ baş verib.

Türkiyə hökumətinin Fövqəladə Hallar Departamenti cümə axşamı səhərə olan vəziyyət barədə məlumatı hələlik açıqlamayıb. Dünən axşam zəlzələ qurbanlarının sayının 481 nəfər, yaralıların sayının 1600 nəfərdən çox olduğu barədə məlumat verilmişdi.

Zəlzələ rayonunda yağan sulu qar və soyuq hava davam edən xilasetmə işlərini çətinləşdirib. Yerli hakimiyyət demək olar, Türkiyənin bütün rayonlarından və xaricdən daxil olan humanitar yardımı paylaşdırır. İnsanların isti paltara, çadırlara, qida məhsullarına və içməli suya ehtiyacları var.

Çərşənbə günü axşam Türkiyənin 14 aparıcı telekanalı zəlzələdən zərər çəkənlər üçün vəsait yığımı üzrə marafon keçirib və 62 milyon türk lirəsi (35,5 milyon dollara yaxın) toplayıb.

Xəbər lenti

Xəbər lenti