...

İsrailin pilotsuz təyyarəsi Türkiyədə qəzaya uğrayıb

Hadisə Materials 11 Noyabr 2011 16:08 (UTC +04:00)
İsrailin "Neron" tipli pilotsuz uçuş aparatı Türkiyənin Adana şəhərinin Karataş rayonunun yaxınlığında Aralıq dənizi sularına düşüb.
İsrailin pilotsuz təyyarəsi Türkiyədə qəzaya uğrayıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir A.Tağıyeva/

İsrailin "Neron" tipli pilotsuz uçuş aparatı Türkiyənin Adana şəhərinin Karataş rayonunun yaxınlığında Aralıq dənizi sularına düşüb. Bu barədə Trend cümə günü "Sabah" qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, qəzaya uğrayan pilotsuz aparat yerli balıqçıların toruna düşüb, bundan sonra konkret təhlillərin aparılması üçün Ankaraya müvafiq orqanlara göndərilib.

Rayonun qubernatoru Mustafa Kılıç bu faktı şərh etməkdən imtina edib. Onun sözlərinə görə, bu məsələ barədə dəqiq məlumata malik deyil.

Xəbər lenti

Xəbər lenti