...

Keçmiş məhkumların evindən silahlar tapılıb

Hadisə Materials 12 Noyabr 2011 13:35 (UTC +04:00)
Azərbaycanda ötən gün əvvəllər məhkum olunmuş iki şəxsin evindən silahlar aşkar edilərək götürülüb.
Keçmiş məhkumların evindən silahlar tapılıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən gün əvvəllər məhkum olunmuş iki şəxsin evindən silahlar aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Salyan şəhər sakini Mirhabil Bədirovun evinə baxış zamanı odlu və soyuq silahlar aşkar edilərək götürülüb.

Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bədirovdan 10 qram həşiş götürülüb. Onun evinə baxış zamanı orada 1 ədəd "Makarov" və 1 ədəd "Valter" markalı tapançalar, 1 ədəd pnevmatik tüfəng, 7 ədəd patron, 2 ədəd patron darağı, 2 ədəd süngü-bıçaq, 2 ədəd xəncər və 7 ədəd bıçaq aşkar edilib.

Həmçinin, ötən gün Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vidadi Məlikovdan 1 ədəd "Makarov" markalı pnevmatik tapança, habelə həyətyanı sahəsində torpağa basdırdığı 1 ədəd "Naqan" markalı tapança aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti