...

Azərbaycan Baş prokurorluğu Salyanda törədilmiş ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 19 Noyabr 2011 18:44 (UTC +04:00)
Azərbaycan Baş prokurorluğu Salyan rayonunda törədilmiş ağır qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan Baş prokurorluğu Salyanda törədilmiş ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycan Baş prokurorluğu Salyan rayonunda törədilmiş ağır qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Baş prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrin 18-də saat 23 radələrində Salyan rayonunun Uluxanlı kənd sakini 1992-ci il təvəllüdlü Qafarlı Elçin Şahin oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə ölmüş vəziyyətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olması faktı üzrə Salyan rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla müəyyən edilmişdir ki, Salyan rayonunun Qaraçala qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəbiyev Nüsrət Füzuli oğlu noyabrın 18-də aralarında baş vermiş mübahisə zamanı Elçin Qafarlını üstündə gəzdirdiyi bıçaqla 2 dəfə vuraraq öldürmüş, daha sonra sonuncunun qohumu Zöhrab Səfərova da bıçaqla xəsarətlər yetirərək hadisə yerindən qaçmışdır.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Nüsrət Şəbiyev yaxalanaraq istintaqa təqdim edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti