...

RF-nin Volqoqrad vilayətində içərisində azərbaycanlılar olan avtobus aşıb, zərərçəkən yoxdur

Hadisə Materials 30 Noyabr 2011 13:12 (UTC +04:00)
İçərisində azərbaycanlıların olduğu avtobus Rusiyanın Volqoqrad vilayətindəki trasda aşıb, zərərçəkən yoxdur. Bu barədə çərşənbə günü Rusiya DİN-in region üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.
RF-nin Volqoqrad vilayətində içərisində azərbaycanlılar olan avtobus aşıb, zərərçəkən yoxdur

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

İçərisində azərbaycanlıların olduğu avtobus Rusiyanın Volqoqrad vilayətindəki trasda aşıb, zərərçəkən yoxdur. Bu barədə çərşənbə günü Rusiya DİN-in region üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, yol qəzası haqqında məlumat çərşənbə günü yerli vaxtla saat 10:00-da daxil olub. Avtobus Volqoqrad vilayətinin Svetloyarsk rayonunun Volqoqrad-Elista trassının 69-cu kilometrliyində çevrilib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yazır.

"İvanovo şəhərindən Bakıya gedən avtobusun sürücüsü idarəetməni itirib və avtobus yanı üstə aşıb. Avtobusda cəmi 37 sərnişin olub. Onların hamısı Azərbaycan vətəndaşlarıdır, yol qəzası nəticəsində həlak olan və yaralanan yoxdur", - idarənin nümayəndəsi deyib.

Onun sözlərinə görə, hazırda qəzanın baş verdiyi yerdə FHN, YHT Bİ və yol xidmətinin əməkdaşları çalışırlar. Çevrilmiş avtobusun təkərləri üzərinə qoyulmasına cəhd göstərilir.

"Avtobusun texniki vəziyyəti araşdırıldıqdan sonra onun Bakıya qədər yolu davam etdirməsi məsələsi həll olunacaq", - idarə rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti