...

Azərbaycan DİN Ağstafada altı nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 1 Dekabr 2011 12:34 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi Ağstafada altı nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb
Azərbaycan DİN Ağstafada altı nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Daxili İşlər Nazirliyi Ağstafada altı nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, noyabrın 30-da saat 23:00 radələrində Ağstafa rayonu ərazisində rayon sakini Xaliq Aslanovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınla Türkiyə vətəndaşı Yakup Yazıçının idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomaşını toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü və sərnişinləri - 7 yaşlı oğlu Emin, 11 yaşlı qızı Mətanət, 82 yaşlı anası Güllüzar, qohumları Elza Aslanova, 2 yaşlı Teymur Aslanov hadisə yerində ölüblər. Xəsarət almış digər sərnişinləri - Xatirə və Aynurə Aslanovalar isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Xəbər lenti

Xəbər lenti