Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda güllə yarası alan meyit aşkarlanıb. Yasamal rayon prokurorluğundan çərşənbə günü Trend-ə bildirilib ki, dekabrın 14-nə keçən gecə Yasamal rayonu Əhməd Cəlil küçəsi, ev 83 ünvanında alın nahiyəsindən güllə yarası almış meyit aşkarlanıb.
Tədqiqatlar zamanı ölən şəxsin 1961-ci il təvəllüdlü Ələkbərov Namiq Fikrət oğlu olduğu müəyyənləşib. Hadisə baş verən yerdən bir "Makarov" tipli tapança aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Ələkbərov DİN-in 2 saylı poliklinikasının rəisi olub, bir müddət əvvəl təqaüdə çıxıb.