...

Bakıda qaz borusunda partlayış olub (FOTO)

Hadisə Materials 17 Dekabr 2011 13:27 (UTC +04:00)
Binəqədi rayonu ərazisində bu gün asfalt örtüyünün altından keçən qaz borusunda partlayış olub.
Bakıda qaz borusunda partlayış olub (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakının Binəqədi rayonu ərazisində bu gün asfalt örtüyünün altından keçən qaz borusunda partlayış olub.

Rayon Polis İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, partlayış Süleyman Sani Axundov küçəsi, 2 ünvanında qeydə alınıb. Partlayış zamanı yanğın qeydə alınsa da, söndürülüb.

İdarədən bildirilib ki, hadisə zamanı xəsarət və maddi ziyan qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti