...

Qazaxıstandakı qarşıdurmalarda ölənlərin sayı artıb - Baş Prokurorluq

Hadisə Materials 17 Dekabr 2011 16:44 (UTC +04:00)

Qazaxıstan, Astana, 17 dekabr /Trend, müxbir K.Konırova/

Janaozendə iğtişaşlar zamanı 11 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Astanada keçirilən brifinqdə Qazaxıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nurdaulet Suindikov məlumat verib.

"Dünən axşam həlak olan daha bir nəfərin meyiti aşkarlanıb, cəmi 86 nəfər xəsarət alıb. Kütləvi iğtişaşların 70 iştirakçısı saxlanılıb. İğtişaşlar nəticəsində 46 obyekt yandırılıb", - o deyib.

Dekabrın 16-17-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində kütləvi qarşıdırmalar baş verib. Əvvəlcə məlumat verilmişdi ki, 10 nəfər qarşıdurmaların qurbanı olub, yaralılar var.

Xəbər lenti

Xəbər lenti