Azərbaycan, Bakı, 24 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakı-Mərdəkan yolunda 4 avtomobil toqquşub.
Trend-in şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda, Bakı-Mərdəkan avtomobil yolunda "Opel", "Toyota", "Hyundai" və "Mercedes" markalı 4 minik avtomobili toqquşub.
Nəticədə, qeyd olunan nəqliyyat vasitələri deformasiyaya uğrayıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.