...

Salyanda mağazada partlayış olub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 24 Dekabr 2011 14:31 (UTC +04:00)
Salyanda mağazada partlayış olub, 3 nəfər xəsarət alıb.
Salyanda mağazada partlayış olub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 24 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Salyanda mağazada partlayış olub, 3 nəfər xəsarət alıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də saat 13:25 radələrində Salyan şəhəri ərazisində, şəhər sakini Nizami Əfrasiyova məxsus mağazada təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə mağazanın pəncərə şüşələri sınıb, yanıq xəsarətləri almış Əfrasiyov, orada işləyən Əlifağa Tağıyev və oğlu Saday xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti